Bank Of Baku

Gürcüstanda azərbaycanlının evinə basqın olub

Gürcüstanda azərbaycanlının evinə basqın olub
# 24 dekabr 2008 07:33 (UTC +04:00)
Bu barədə APA-nın yerli bürosuna Məhəmməd Hacıyev özü bildirib. Onun sözlərinə görə, kəndin sahə müvəkkili də hücum edənlərlə olub. M. Haciyev deyib kİ, həyat yoldaşı Zəminə Hacıyevanın səs-küy salmasına baxmayaraq, hücum edənlər evin bütün əşyalarını çölə töküblər. Qaracalar kəndinin 170-180 sakini hadisə yerinə toplaşıb. M. Hacıyev bildirib ki, o, Tbilisi şəhər sakini Nona Qanaqeladzedən 7 faiz sələm ödəmək şərti ilə 10 min ABŞ dolları alıb. Onun sözlərinə görə, bu hadisə 3 ayın sələmini ödəyə bilmədiyi üçün baş verib.
Gürcüstan Parlamentinin deputatı Ramin Bayramov APA-ya hadisənin milli zəmində baş vermədiyini deyib. Onun sözlərinə görə, Qaracalar kəndində alverlə məşğul olan 400-dən çox ailə müxtəlif banklardan kredit götürüb və onların yarısı bu krediti ödəyə bilməyib: “Düşünürəm ki, bu hadisə bankla əlaqədar narazılıqdan baş verib. Mən onlara məsləhət görürəm ki, məhkəməyə müraciət etsinlər”.
Hadisə şahidləri APA-ya bildirib ki, M. Haciyev çölə atılan əşyalarını evinə daşıyıb. Onun evinə basqın edən şəxslər isə Tiflisə qayıdıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR