Bank Of Baku

Gürcüstan vətəndaşının Qobustan həbsxanasına xeyli miqdarda psixotrop maddə keçirməsinin qarşısı alınıb

Gürcüstan vətəndaşının Qobustan həbsxanasına xeyli miqdarda psixotrop maddə keçirməsinin qarşısı alınıb
# 24 dekabr 2008 07:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında həbsxanaya xeyli miqdarda psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qobustan həbsxanasına görüşə gəlmiş, Gürcüstan Respublikasının vətəndaşı, 1949-cu il təvəllüdlü Bejanişvili Gülnaz Aleksandrovnadan 100 ədəd psixotrop maddə olan "Oksazepam" götürülüb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR