Bank Of Baku

Bakı sakini bıçaqlanıb

Bakı sakini bıçaqlanıb
# 24 dekabr 2008 07:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda 50 yaşlı kişini bıçaqlayan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli dairəsinin yaxınlığında baş verib. Naməlum şəxs kəsici alətlə Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Quliyev Əfqan İsmayıl oğluna daxilə keçmə yolu ilə xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı ağır bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Quliyevə xəsarət yetirən şəxs, 1986-cı il təvəllüdlü Babayev Orxan Aydın oğlu həbs edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR