Bank Of Baku

Yaşar Əliyev: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən aksiyanın qarşısı alınacaq”

Yaşar Əliyev: “Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən aksiyanın qarşısı alınacaq”
# 24 dekabr 2008 07:19 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev deyib. Azərbaycanın bir qrup müxalifət partiyasının bu gün Konstitusiya Məhkəməsinin binası qarşısında şəhər rəhbərliyi ilə razılaşdırılmamış piket keçirmək barədə qərarına münasibət bildirən Y. Əliyev bunun yolverilməz olduğunu söyləyib: “Bakı şəhər İcra Hakimiyyətinin razılığı olmadan hər hansı siyasi təşkilatın paytaxtda aksiya keçirməsinə yol verilməyəcək”.

Qeyd edək ki, ötən gün bir qrup müxalifət partiyası bu gün Konstitusiya Məhkəməsinin binası qarşısında şəhər rəhbərliyi ilə razılaşdırılmamış piket keçirmək barədə qərar qəbul edib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiyanın saat 12.00-da başlanması nəzərdə tutulur. Onun sözlərinə görə, aksiya zamanı Konstitusiyaya Yeni Azərbaycan Partiyası tərəfindən təklif edilmiş dəyişikliklərin qəbul olunmaması tələb ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR