Bank Of Baku

Sabirabadda baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Sabirabadda baş verən yol qəzasında 2 nəfər ölüb, 4 nəfər yaralanıb
# 24 dekabr 2008 10:37 (UTC +04:00)
Bakı-APA. Dünən saat 19.30 radələrində Sabirabad rayonunun Qaragünə kəndində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayon sakini Arif Ağayevin idarə etdiyi "KamAZ" markalı və Ulacalı kənd sakini Emin Ağayevin idarə etdiyi "VAZ-21099" markalı avtomaşınlar toqquşub. Nəticədə E. Ağayev və sərnişinlərindən həmkəndlisi Mahizər Ağayeva hadisə yerində ölüb, Ulacalı kənd sakinləri Tamara Hüseynova, Sevinc Ağayeva, Gülayə Ağayeva və Qismət Ağayev isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR