Bank Of Baku

Erməni azərbaycanlı uşağı maşınla vurub

Erməni azərbaycanlı uşağı maşınla vurub
# 24 dekabr 2008 12:53 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün günorta saatlarında Gürcüstanın Marneuli şəhərinin Rustavi küçəsində avtomobillə azərbaycanlı uşaq vurulub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, İAA-949 seriali “Wolsfaqen” markalı avtomobili idarə edən erməni milliyyətindən olan Tiflis şəhər sakini Qarik Saqradov Marneuli rus orta məktəbinin üçüncü sinif şagirdi Ramilə Qasımovanı vurub. Uşaq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Marneuli Rayonlararası Xəstəxananın növbətçi həkimi Mehman Xəlilov APA-nın əməkdaşına bildirib ki, R. Qasımovanın çiyin sümüyü qırılıb.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR