Bank Of Baku

Azərbaycan paytaxtında 16 yaşlı qızın özünü müəlliminin yaşadığı binadan yerə ataraq intihar etdiyi məlum olub

Azərbaycan paytaxtında 16 yaşlı qızın özünü müəlliminin yaşadığı binadan yerə ataraq intihar etdiyi məlum olub
# 24 dekabr 2008 13:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 16 yaşlı qızın özünü müəlliminin yaşadığı binanın 10-cu mərtəbəsindən yerə ataraq intihar etdiyi məlum olub. Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1992-ci il təvəllüdlü İranə İbrahim qızı Həşimova ingilis dilini öyrənmək məqsədi ilə müəllim yanına gedirmiş. Onun hazırlıq üçün yanına getdiyi müəllim Binəqədi rayonu, A. Məmmədov küçəsindəki 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yaşayır. Ötən gün də hazırlıq məqsədi ilə sözügedən ünvana gedən İ. Həşimova lift işləmədiyi üçün pilləkənlə 10-cu mərtəbəyə qədər qalxıb. Onun özünü 10-cu mərtəbən ataraq intihar etdiyi bildirilir. Lakin İ. Həşimovanın özünü öldürməsinin səbəbləri barədə hələlik heç bir məlumat yoxdur.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar hadisəsi ötən gün, saat 12:30 radələrində, Binəqədi rayonu ərazisində, “Tərlan” şadlıq sarayının yaxınlığında yerləşən 17 mərtəbəli yaşayış binasında baş verib. Özünü 10-cu mərtəbədən atan 16 yaşlı İranə hadisə yerindəcə keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR