Bank Of Baku

Elektrik dirəyindən yıxılan Sumqayıt sakini ölüb

Elektrik dirəyindən yıxılan Sumqayıt sakini ölüb
# 24 dekabr 2008 14:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Elektrik dirəyindən yıxılan 36 yaşlı Sumqayıt sakini ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib. Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Elçin Cəfərov yaşadığı evin elektrik xəttini təmir etmək məqsədi ilə elektrik dirəyinə çıxıb. Müvazinətini itirərək dirəkdən yıxılan E. Cəfərov ağır kəllə-beyin travması ilə şəhər xəstəxanasına yerləşdirilib.

Lakin E. Cəfərovun aldığı xəsarətlər ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR