Bank Of Baku

Azərbaycan millət vəkilinin oğlu Etimad İsmayılov venalarını doğrayaraq özünü öldürmək istəyib

Azərbaycan millət vəkilinin oğlu Etimad İsmayılov venalarını doğrayaraq özünü öldürmək istəyib
# 24 dekabr 2008 14:35 (UTC +04:00)
APA-nın “Dostup” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə məhkəməyə Etimad İsmayılovla eyni iş üzrə mühakimə olunan Abbas Cəfərov məlumat verib. Etimad İsmayılovun son günlər “kars”a salındığını, aclıq aksiyası keçirdiyini, dünən isə venasını kəsərək intihara cəhd etdiyini söyləyən Abbas Cəfərov onun məhkəmə zalına gətirilməməsini xahiş edib: “Dünən Etimad İsmayılova tibbi yardım göstərməkdən imtina edildi, onu bu vəziyyətdə məhkəməyə gətirmək alçaltmaq deməkdir”. Abbas Cəfərovun xahişinə baxmayaraq Etimad İsmayılov məhkəməyə gətirilib. Məhkəmənin gedişində Etimad İsmayılovun vəziyyəti qəflətən pisləşib. İsmayılova dərhal ilkin tibbi yardım göstərilib, onun yarası sarınıb. Prosesdə iştirak edən bütün vəkillər Etimad İsmayılovun məhkəmə zalına çağırılmaması ilə bağlı vəsatət qaldırıblar. Hazırda o nəzarətçi otağında saxlanır.

Çelyabinsk mərkəzi rayon məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, Etimad İsmayılova təcili yardım göstərmək zərurəti yaranıb. Məhkəmənin məsləhətçisi Yuliya Karpinskayanın sözlərinə görə, Etimad İsmayılov məhkəmə iclasına gətirilən zaman hakimlər çağırana kimi nəzarətçi otağında saxlanır: “Bu gün ittiham olunan şəxs vena damarını kəsmək istəyib. Nəzarətçilər onun qolundan qan axdığını görüblər. Təcili yardım maşını çağırılıb və Etimad İsmayılova ilkin tibbi yardım göstərilib. Həkimlər Etimad İsmayılovun həyatı üçün bir təhlükə olmadığını bildirirlər. Ona görə də Etimad İsmayılov bu gün keçirilən məhkəmə prosesi başa çatana kimi nəzarətçi otağında saxlanılır”.

Etimad İsmayılovun atası, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov hadisə ilə bağlı danışmaq istəməyib. Partiya sədrinin müavini Elxan Şükürlü isə APA-ya bildirib ki, əslində E. İsmayılov dekabrın 19-da intihara cəhd edib. Onun sözlərinə görə, bu məsələnin bir neçə gün sonra açıqlanması məqsədyönlü xarakter daşıyır: “Əslində bu yolla Etimad İsmayılovu susdurmaq və bir sıra qanun pozuntularını ört-basdır etmək istəyirlər. Etimad İsmayılov vəkilləri vasitəsi ilə məhkəmə rəhbərliyinə qarşı onu özünü öldürmə həddinə çatdırdıqları üçün iddia qaldırıb”. E. Şükürlünün sözlərinə görə, intihara cəhddən sonra E. İsmayılov “kars”a salınıb.

Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk Vilayətinin qubernatorunun birinci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.

E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR