Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərinin ərazisində 58 aviabomba tapılıb

Azərbaycanın Sumqayıt şəhərinin ərazisində 58 aviabomba tapılıb
# 24 dekabr 2008 15:56 (UTC +04:00)
ANAMA-nın əməliyyatlar üzrə baş məsləhətçisi Adil Aslanovun APA-ya verdiyi məlumata görə, dekabrın 22-dən başlanan əməliyyatlar nəticəsində xeyli sursat aşkarlanıb: “Sovet ordusu Azərbaycanı tərk etdikdə hərbi sursatları həmin əraziyə pərakəndə şəkildə atıb. Zaman keçdikcə onların üstü örtülüb. Hazırda həmin ərazi Karton Fabrikinin tikintisi üçün ayrılıb. Tikinti işlərinə hazırlıq aparılarkən orada tikinti işçiləri iki aviabomba aşkarlayıblar. Bu barədə bizə məlumat Sumqayıt Polis İdarəsindən daxil olub. ANAMA-nın xüsusi tədqiqat qrupu oraya baxış keçirib. Əməliyyatlara başlayarkən gördük ki, həmin sursat 1,5 metr dərinliyinədək üst-üstə basdırılıb”.

A. Aslanov bildirib ki, ərazidə “FAB 50” tipli 58 ədəd aviabomba aşkarlanıb. 50 kq çəkisində olan bombaların dağıdıcı radiosu 500 metrdir. Həmin ərazidə həm də 122 mm-lik top, 125 mm-lik tank mərmisi, 1 qrant raketi, ümumilikdə isə 70-dək sursat aşkarlanıb. Hazırda əməliyyatlar digər ərazidə davam etdirilir. Əməliyyatı həftənin sonunadək yekunlaşdırmaq nəzərdə tutulur. Təmizləmə işləri, ümumilikdə, 25 min kv/m ərazini əhatə edəcək. A. Aslanov əməliyyat aparılan ərazidə artıq hərbi sursatların qalmadığını güman edir.

A. Aslanov bildirib ki, şahidlərin dediyinə görə, əməliyyat aparılan əraziyə qonşu sahələrdə də həmin sursatlardan var: “Yaxınlıqda bir kooporativ var. Onun da həyətində həmin sursatların əlamətlərini gördük. Gələcəkdə digər ərazilərin təmizlənməsi də nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR