Bank Of Baku

Vəkil Mixail Boqomolov: “Etimad İsmayılov məhkəmənin gedişinə etiraz olaraq iki dəfə intihara cəhd edib”

Vəkil Mixail Boqomolov: “Etimad İsmayılov məhkəmənin gedişinə etiraz olaraq iki dəfə intihara cəhd edib”
# 24 dekabr 2008 16:03 (UTC +04:00)
Çelyabinsk. Viktoriya Dementyeva-APA. Vəkil Mixail Boqomolov Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılovun dekabrın 24-də ikinci dəfə intihara cəhd etməsi faktını təsdiqləyib. Bu barədə APA-ya açıqlama verən Boqomolov hüquqlarını müdafiə etdiyi şəxsin bu addımı məhkəmədə hüquqlarının pozulmasına etiraz əlaməti olaraq atdığını bildirib: “Hazırda baş verən hadisənin təfərrüatları araşdırılır. Etimad İsmayılov dekabrın 19-da da özünü öldürməyə cəhd eləmişdi. Lakin biz onun atası İlyas İsmayılovun intihar cəhdindən xəbər tutmaması üçün bu faktı açıqlamadıq. Mən İlyas müəllimi əvvəlki iş yerimdən tanıyıram, o, bu məhkəmə prosesinə görə çox narahatlıq keçirir. Çünki oğlunun hüquqlarının bərpasına nail ola bilmir. Bu səbəbdən ilk intihara cəhd faktını açıqlamaq istəmədim”. Mixail Boqomolov qeyd edib ki, hazırda hüquqlarını müdafiə etdiyi şəxsin intihar həddinə çatdırılması ilə bağlı cinayət işinin qaldırılması imkanlarını araşdırır. O müxtəlif hüquq-müdafiə təşkilatlarının, beynəlxalq təşkilatların diqqətini bu işə cəlb etməyə çalışdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR