Bank Of Baku

Ağdamda ağır yol qəzası baş verib

Ağdamda ağır yol qəzası baş verib
# 24 dekabr 2008 20:00 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Bu gün axşam saatlarında Borsunlu-Hindarx yolunun Ağdam rayonu Quzanlı qəsəbəsi hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, VAZ-2106 və VAZ 2107 markalı iki avtomobil toqquşub. Nəticədə “VAZ-2107”nin sərnişinləri Ağcabədi rayon, Şərəfxanlı kənd sakinləri Abdullayev Vüqar Mikayıl oğlu və Tağıyev Hafiz Tağı oğlu ağır bədən xəsarətləri ilə Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıblar. Sonra xəstələr Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Həkimlər yaralılardan birinin vəziyyətini daha ağır qiymətləndirirlər.

Digər maşındakı sürücüsü isə yüngül xəsarət aldığı üçün xəstəxanaya müraciət etməyib.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR