Bank Of Baku

Lənkəranda yanğın olub

Lənkəranda yanğın olub
# 25 dekabr 2008 07:50 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün səhər saatlarında Lənkəranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi, 12 ünvanında 1934-cü il təvəllüdlü Adil İbad oğlu Əsədova məxsus yaşayış evində saat 7.00 radələrində qeydə alınıb. DYMX-nin iki yanğınsöndürən maşını yanğının söndürülməsinə səfərbər olunub. Güclü alovun qonşu evlərə keçməsinin qarşısı alınsa da, 120 kvadratmetrlik evin 50 kvadratmetri əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğına mətbəxdəki elektrik cihazında gərginliyin artmasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR