Bank Of Baku

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
# 25 dekabr 2008 08:24 (UTC +04:00)
Bakı-APA. Ədliyyə Nazirliyi kollegiyasının iclası keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda prezident İlham Əliyevin Azərbaycan ədliyyəsinin 90 illik yubileyi ərəfəsində “Tərəqqi” və ”Hərbi xidmətlərə görə” medalları ilə təltif etdiyi ədliyyə işçilərinə nazir Fikrət Məmmədov tərəfindən dövlət mükafatları təqdim edilib.
İclasda həmçinin, korrupsiya ilə mübarizə sahəsində təsirli tədbirlərdən danışılıb, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilən Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın ədliyyə orqanlarında icrası üzrə 2009-cu ildə görüləsi antikorrupsiya tədbirləri geniş müzakirə olunub.
Bununla yanaşı, istintaq zamanı müasir texnologiyaların köməyi ilə konkret cinayət işinin eksperimental elektron versiyasının ilk dəfə olaraq təcrübədə tətbiqinin müsbət nəticələri müzakirə olunub, onun həm məhkəmə prosesinin tərəfləri, həm də ictimaiyyət tərəfindən alqışlandığı qeyd edilib və bu praktikanın gələcəkdə geniş istifadə olunması məsələsinə baxılıb.
Eyni zamanda, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunu ətraflı tənzimləyən, müsbət təcrübəni özündə əks etdirməklə hazırlanıb yeni qaydalar müzakirə olunaraq bəyənilib.
İclasda digər məsələlərə baxılıb, 50-yə yaxın qeyri-kommersiya təşkilatı dövlət qeydiyyatına alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR