Bank Of Baku

Radikal dini qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhddə təqsirləndirilən şəxs vətəndaşları cihada çağırdığını etiraf edib

Radikal dini qrupda birləşərək hərbi mübarizəyə başlamağa cəhddə təqsirləndirilən şəxs vətəndaşları cihada çağırdığını etiraf edib
# 25 dekabr 2008 10:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən biri Orxan Əlizadə sərbəst ifadə verib. İttiham aktında onunla bağlı olan məqamlarla razılaşmadığını bildirən O. Əlizadə deyib ki, digər təqsirləndirilən şəxslərlə keçirilən görüşlərdə yalnız İslam dinin fəzilətləri barədə danışıblar. Prokurorun suallarını cavablandıran O. Əlizadə silahlı cihadla bağlı onlara qarşı irəli sürülən ittihamları əsassız saydığını deyib. O, bildirib ki, İslam dinidə nəzərdə tutulan qaydada yaxınlarını və tanışlarını cihada dəvət edib: “İslama qarşı çıxanlara qarşı cihad etməyi təklif və təbliğ etmişəm. Dünyada İslamın düşmənlərinə qarşı mübarizənin tərəfdarıyam. ABŞ isə İslamın bir nömrəli düşmənidir”.
Prosesdə dövlət ittihamçıları ilə vəkillər və təqsirləndirilən şəxslər arasında cihadla bağlı mübahisə yaranıb. Təqsirləndirilən Ramin Kərimovun vəkili Yavər Hüseyn ittihamı “cəfəng və əsasız” adlandırıb. Onun bu fikri dövlət ittihamçılarının etirazına səbəb olub.
O. Əlizadə onu da deyib ki, din qardaşları ilə aralarında Azərbaycan dövlətinin, Konstitusiyanın əleyhinə söhbətlər olmayıb, hansına səfirliyin binasını partlatmaqla bağlı müzakirələr aparmayıblar.
Təqsirləndirilən şəxslərdən digəri Hacıbala Hüseynov isə Suriyada və Səudiyyə Ərəbistanında dini təhsil aldığını deyib. H. Hüseynov ona qarşı irəli sürülən ittihamla razılaşmadığı deyib.
Proses gününü ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR