Bank Of Baku

Azərbaycan paytaxtında özünü polis kimi təqdim edərək vətəndaşların külli miqdarda pulunu alan şəxslər həbs olunub

Azərbaycan paytaxtında özünü polis kimi təqdim edərək vətəndaşların külli miqdarda pulunu alan şəxslər həbs olunub
# 25 dekabr 2008 11:05 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Seymur Hacıyev tərəfindən şikayət ərizəsi daxil olub. Vətəndaş şikayətində Nərimanov rayonu ərazisində tanımadığı şəxslər tərəfindən saxlanıldığını bildirib. Özlərini polis əməkdaşı kimi təqdim edən həmin şəxlər S. Hacıyevi idarə etdikləri “VAZ-2106” markalı avtomobilə oturdaraq Nərimanov rayon Polis İdarəsi istiqamətində aparıblar. Sonra isə naməlum şəxslər Polis İdarəsinin yaxınlığında maşını saxlayaraq S. Hacıyevi narkotik maddələrin qanunsuz dövrüyyəsində təqsirli bildiklərini və ondan azad edilməsinin müqavilində 1800 manat verməsini tələb ediblər.

Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının şikayət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəxsiyyəti müəyyən edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri – 1982-ci il təvəllüdlü Ruslan Sahib oğlu Allahverdiyev, 1983-cü il təvəllüdlü Anar Kamal oğlu Səmədov və Şahin Abbas oğlu Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Hazırda onların başqa hansısa cinayət əməlində iştirak edib-etməmələri araşdırılır.

Daxili İşlər Nazirliyinin İnternet saytında qeyd edilən məlumatda isə bildirilib ki, R. Allahverdiyev və A. Səmədov 26-cı Polis Bölməsinin əməkdaşları, polis kapitanları Murad İbrahimov və Əşrəf Məmmədov hadisəyə müdaxilə edərkən onlara müqavimət göstəriblər.

Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi – Ş. Quliyev və A. Səmədovun idmançı olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR