Bank Of Baku

Aeroportda Şərur sakininin çantasında tapança və güllə aşkar edilib

Aeroportda Şərur sakininin çantasında tapança və güllə aşkar edilib
# 25 dekabr 2008 11:19 (UTC +04:00)
Bakı-APA. Şərur rayon sakininin çantasında tapança və güllə tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 23-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Şərur rayon sakini Nurəddin Keçoyevin çantasından 1 ədəd üzərində "Sinahi JNR 2007" yazıları olan tapança, 17 ədəd rezin başlıqlı güllə və 1 ədəd güllə darağı aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR