Bank Of Baku

Astarada oğurluq hadisəsi olub

Astarada oğurluq hadisəsi olub
# 25 dekabr 2008 12:49 (UTC +04:00)
Astara. Ağəddin Babayev-APA. Astara rayonunda oğurluq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Ərkivan kənd sakini Araz Boylu oğlu Məmmədov ona məxsus dükandan dizel yanacağının oğurlanması barədə Astara rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ərkivan kənd sakinləri Valeh Mirəsgər oğlu Ağayev və Zamin Həmzə Oğlu Ağayev əvvəlcədən əlbir olaraq həmin şəxsin dükanından hərəsi 20 litrlik olmaqla 10 kanistr dizel yanacağı oğurlayıblar. Hər iki şəxs həbs olunub. Onların barəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR