Bank Of Baku

Dekabrın 31-də “Azadlıq” meydanında keçiriləcək böyük konsert proqramı ləğv olunub

Dekabrın 31-də “Azadlıq” meydanında keçiriləcək böyük konsert proqramı ləğv olunub
# 25 dekabr 2008 13:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Yeni il bayramı ilə əlaqədar dekabrın 31-də “Azadlıq” meydanında keçiriləcək böyük konsert proqramı ləğv olunub. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buna səbəb dekabrın 29-da Məhərrəmlik ayının başlanmasıdır. BŞİH isə dekabrın əvvəlindən yeni il şənliyinin hazırlığına başlasa da, Qafqaz Müsəlmanları İdarəsi məhərrəmliklə bağlı fətvanı bir neçə gün əvvəl verib. Bu səbəbdən konsert proqramı təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR