Bank Of Baku

Ali Məhkəmədə tanınmış iş adamı İsgəndər Xəlilova qarşı qaldırılan kassasiya şikayətinə baxılıb

Ali Məhkəmədə tanınmış iş adamı İsgəndər Xəlilova qarşı qaldırılan kassasiya şikayətinə baxılıb
# 25 dekabr 2008 13:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Ali Məhkəməsində “Mehmanxana İnturist” ASC-nin təsisçilərindən biri olan Tariq Məmmədmuradovun tanınmış iş adamı İsgəndər Xəlilova qarşı iddiası üzrə kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədov APA-ya bildirib ki, Mülki İşlər Üzrə Məhkəmə kollegiyasının hakimi Aslan Kalbalıyevin sədrliyi ilə keçirilən prosesdə iddiaçının kassasiya şikayətini təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Qeyd edək ki, “Mehmanxana İnturist” ASC-nin təsisçilərindən biri olan Tariq Məmmədmuradov sözügedən müəssisənin idarə heyəti, Ləğvetmə Komissiyası, “Qlobal İnvest Kompany LTD” MMC və məşhur azərbaycanlı iş adamı İsgəndər Xəlilova qarşı Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verib. O, təsisçisi olduğu “Mehmanxana İnturist” ASC-nin ləğv olunması barədə digər təsisçilərin verdiyi qərara qarşı çıxır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR