Bank Of Baku

İlyas İsmayılov oğlu Etimad İsmayılovun intihar cəhdi ilə bağlı açıqlama yayıb

İlyas İsmayılov oğlu Etimad İsmayılovun intihar cəhdi ilə bağlı açıqlama yayıb
# 25 dekabr 2008 13:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı açıqlama yayan İ. İsmayılov oğlunun intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlara inanmadığını deyib: “Etimad xaraktercə çox güclü insandır. O nə qədər çətin şəraitdə olsa belə, ən azı bizi - ata və anasını həmişə düşünür. Ona görə də onun intihara cəhd etməsi ilə bağlı deyilənlərə inanmıram”. İ. İsmayılov oğlunun gələcək taleyindən çox narahat olduğunu qeyd edib: “Mən ondan narahatam ki, Çelyabinskdəki maraqlı qüvvələr öz cinayət əməllərini ört-basdır etmək üçün Etimada qarşı hər hansı qəsd təşkil edə və bunu intihar hadisəsi kimi qələmə verə bilərlər”. İ. İsmayılov onu da bildirib ki, Çelyabinskdə istintaq altında olan şəxsin “intihar etməsi” artıq adi hal alıb: “Məndə olan məlumata görə, bu iş üzrə əvvəllər məhkum edilmiş Quzovun işində şahid qismində ifadə verən iki şəxs intihar adı ilə aradan götürülüb”. İ. İsmayılov Etimad İsmayılovun təqsirinin nə ibtidai, nə də məhkəmə istintaqında sübuta yetirilmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR