Bank Of Baku

Hüquq müdafiəçisi: “Bu il ərzində Azərbaycanda 3 nəfər işgəncədən dünyasını dəyişib”

Hüquq müdafiəçisi: “Bu il ərzində Azərbaycanda 3 nəfər işgəncədən dünyasını dəyişib”
# 25 dekabr 2008 14:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsində 2008-ci ilin yekunlarına dair toplantı keçirilib. Bu barədə APA-ya komitə sədri Elçin Behbudov məlumat verib. Komitənin illik fəaliyyətindən razı qalmadığını vurğulayan E. Behbudov bunun ölkədə mövcud olan işgəncə faktlarının artması ilə bağlı olduğunu bildirib. E. Behbudov həmçinin komitənin hesabatında yer alan bir neçə rəqəmi açıqlayıb. Onun sözlərinə görə, hesabatda bu il ərzində Azərbaycan hüquq-mühafizə orqanları sistemində 3 nəfər işgəncə faktı ilə dünyasını dəyişib, 80-dən çox şəxs isə müxtəlif işgəncələrə məruz qalıb. E. Behbudov hesabatda qeyd olunan digər rəqəmlər barədə gələcəkdə ictimaiyyətə açıqlama veriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR