Bank Of Baku

Elçin Behbudov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi ilə görüşüb

Elçin Behbudov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi ilə görüşüb
# 25 dekabr 2008 15:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanovla görüşüb. Bu barədə APA-ya məlumat verən komitə sədri görüşdə ölkədə mövcud olan narkomaniyanın durumu barədə qarşılıqlı fikir mübadiləsi aparıldığını bildirib. Görüşdə H. Aslanov Azərbaycanda narkomaniyaya qarşı mübarizənin daim polisin diqqət mərkəzində olduğunu vurğulayıb. O, həmçinin 2008-ci ildə ölkədə narkotiklərlə əlaqədar 2575 fakt aşkar edildiyini və bunlardan 978-nin narkotik vasitələrin qanunsuz satışı ilə bağlı olduğunu komitə sədrinin diqqətinə çatdırıb. Bu gün Azərbaycanda narkotik vasitələrin istifadəsində təqsirli bilinərək həbs edilən şəxslərin olduğunu idarə rəisinin diqqətinə çatdıran E. Behbudov bunun əleyhinə olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR