Bank Of Baku

Radikal dini fəaliyyətdə ittiham olunan keçmiş zabit məhkəmədə Hərbi Prokurorluğu hədələyib

Radikal dini fəaliyyətdə ittiham olunan keçmiş zabit məhkəmədə Hərbi Prokurorluğu hədələyib
# 25 dekabr 2008 15:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən
Hacıbala Hüseynov ifadə verib. O bildirib ki, Azərbaycanın müxtəlif yerlərində keçirdiyi dini xütbələrdə dövlət əleyhinə heç nə deməyib: “Mən orda İslamdan kənar heç nə deməmişəm. Çıxışlarımda silahlı cihad təbliğ etməmişəm”.

Kamran Əsədovu tanımadığını söyləyən H. Hüseynov bu il mayın 13-də Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həbs olunduğunu, həbs edilən zaman polislər tərəfindən cibinə silah qoyulduğunu açıqlayıb. Özünü İslamın müdafiəçisi hesab edən H. Hüseynov onun tərəfindən terrorun təbliğ olunması barədə ittiham aktında qeyd olunanları qəbul etmədiyini bildirib: “Qurani-Kərimdə düşmənlərlə mübarizə aparmaq, cihad etmək göstərilib. Məhəmməd Peyğəmbərin də hədislərində bunlar var. Onda belə çıxır ki, Məhəmməd Peyğəmbər terrorçudur?”

Bu vaxt H. Hüseynovun ifadəsində müdaxilə edən Kamran Əsədov Hərbi Prokurorluğu hədələyib: “Mən hərbi hissədən silahları götürüb çıxandan sonra Hərbi Prokurorluq ailəmi məcburi şəkildə prokurorluğa gətirdib. Onlar mənim şərəf-ləyaqətimə toxunublar. Allaha şükür edin ki, mən bunu bilməmişəm. Yoxsa siz prokurorların başına oyun açardım”.

H. Hüseynov daha sonra hakim və prokurorların suallarını cavablandırıb.
Məhkəmə prosesi gələn il yanvarın 7-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev radikal dini qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhddə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR