Bank Of Baku

Azərbaycan paytaxtında qardaş qardaşı xüsusi amansızlıqla qətlə yetirib

Azərbaycan paytaxtında qardaş qardaşı xüsusi amansızlıqla qətlə yetirib
# 25 dekabr 2008 16:02 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Rayonun Rəsulzadə qəsəbəsi, M. Davudoğlu küçəsi, ev 16-da yaşayan, 1966-cı il təvəllüdlü Şahbaz Əmiraslan oğlu Vəliyev qardaşı, 1958-ci il təvəllüdlü Nəbi Əmiraslan oğlu Vəliyevi bıçaqla qətlə yetirib. N. Vəliyev çoxsaylı bıçaq zərbələrindən hadisə yerindəcə keçinib.

Mərhumun meyitinə ilkin baxış keçirən istintaq qrupu onun xüsusi amansızlıqla qətlə yetirildiyi qənaətinə gəlib. İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ş. Vəliyev saxlanılıb.

Faktla bağlı onun barəsində Binəqədi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR