Bank Of Baku

Sumqayıt ərazisində tapılan aviabombalar gələn həftə partladılacaq

Sumqayıt ərazisində tapılan aviabombalar gələn həftə partladılacaq
# 25 dekabr 2008 16:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aşkarladığı hərbi sursatları Güzdək qəsəbəsi yaxınlığındakı partlayış poliqonunda gələn həftənin ilk günlərində zərərsizləşdirəcək. ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanovun APA-ya verdiyi məlumata görə, təmizləmə əməliyyatı tam başa çatdıqdan hərbi sursatlar müşayiət altında xüsusi maşınlarla poliqona daşınacaq.

A. Aslanov bildirib ki, Sumqayıt sənaye zonası olduğu üçün partlayışın orada aparılması qeyri-mümkündür. Bu səbəbdən partlayış üçün təhlükəsiz yer seçilib. Hazırda isə hərbi sursatların aşkarlandığı ərazi tam mühafizə edilir.

Qeyd edək ki, qəsəbənin girişində “FAB 50” tipli 58 ədəd aviabomba, 1 ədəd 125 mm-lik tank mərmisi, 3 ədəd 122 mm-lik top mərmisi, 2 ədəd 76 mm-lik top mərmisi, 1 top mərmisinin döyüş başlığı, 1 qrad tipli raket aşkarlanıb. 50 kq çəkisində olan bombaların dağıdıcı radiosu 500 metrdir. Bu hərbi sursatları Sovet Ordusu Azərbaycanı tərk edərkən həmin əraziyə pərakəndə şəkildə töküb. Təmizləmə işləri ümumilikdə 25 min kv/metr ərazini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR