Bank Of Baku

Lənkəran bazarında insan həyatı üçün təhlükəli olan araq aşkarlanıb

Lənkəran bazarında insan həyatı üçün təhlükəli olan araq aşkarlanıb
# 26 dekabr 2008 07:05 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin 5 saylı Ərazi İdarəsinin əməkdaşları Lənkəran şəhərinin mərkəzi bazarındakı ticarət obyektlərində reyd keçiriblər. İdarənin rəisi Namiq Kərimovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, reyd zamanı Lənkəran sakini Cabir Həsənova məxsus mağazanın anbarında kustar üsulla hazırlanmış 80 şüşə saxta araq aşkar olunub.

Aparılan laboratoriya müayinəsi zamanı bu məhsulların insan həyatı üçün təhlükəli olduğu təsdiqini tapıb. N. Kərimovun sözlərinə görə, cəmi 60 qəpiyə satılan saxta alkoqollu içki dövriyyədən çıxarılaraq məhv edilib. C. Həsənov barəsində isə inzibati qaydada protokol tərtib olunaraq tədbir görülməkdən ötrü aidiyyəti qurumlara göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR