Bank Of Baku

Bakıdakı bazarda oğurluq edən şəxs tutulub

Bakıdakı bazarda oğurluq edən şəxs tutulub
# 26 dekabr 2008 07:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakının Nizami rayonunda yerləşən bazardan oğurluq edən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir müddət əvvəl, rayonun Naxçıvanski küçəsi 38 ünvanında yerləşən bazarda ticarətlə məşğul olan Faiq Əliyev Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bazarın anbarından ona məxsus 350 cüt ayaqqabının və sənaye mallarının oğurlanması barədə məlumat verib. Daxil olan məlumat əsasında 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Tofiq Arif oğlu Səmədov saxlanılıb. Təqsirləndirilən şəxs ilkin dindirilmə zamanı oğurluq əməlini tamah məqsədi ilə törətdiyini etiraf edib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR