Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 2 saylı istintaq təcridxanasına baxış keçirib

Ombudsman Aparatının əməkdaşları 2 saylı istintaq təcridxanasına baxış keçirib
# 26 dekabr 2008 08:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının əməkdaşları Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına baxış keçirib. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Müvəkkilin nümayəndələri Ombudsmana müraciət etmiş şəxslərlə təcridxanada görüşüb. Görüş zamanı həmin şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini qeyd edib, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyiblər. Baxış zamanı təcridxanada saxlanılan qadınlar və
yetkinlik yaşına çatmayanlarla təkbətək söhbətlər aparılıb. Bəzi təqsirləndirilən şəxslər istintaqın qeyri-obyektiv aparılması ilə bağlı Ombudsmanın nümayəndələrinə narazılıqlarını bildiriblər. Aparat əməkdaşları saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR