Bank Of Baku

“Bakıelektrikşəbəkə”nin əməkdaşlarını döyüblər

“Bakıelektrikşəbəkə”nin əməkdaşlarını döyüblər
# 26 dekabr 2008 08:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Bakıelektrikşəbəkə” ASC-nin Sabunçu rayon Enerji İstismarı İdarəsinin əməkdaşları döyülüb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə baş verib. Gecə saatlarında rayonun Enerji İstismarı İdarəsinə Bakıxanov qəsəbəsi, Ağayev küçəsi, 35 ünvanında qəza baş verməsi və əraziyə verilən elektrik enerjisinin kəsilməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə idarənin xüsusi briqadası göndərilib. Hadisə yerinə gedən briqada qəzanı aradan qaldırarkən həmin ərazidə yaşayan Orxan Həsənov sərxoş vəziyyətdə onlara yaxınlaşıb və idarənin üç əməkdaşını döyüb.

Sabunçu rayon Enerji İstismarı İdarəsinin əməkdaşları Mehman Məmmədov, Mirzəli Şabanov və Vüqar Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR