Bank Of Baku

Daxili İşlər Nazirliyinin “Qaynar xətt”i gələn ildən “102” zəng mərkəzinə yönləndiriləcək

Daxili İşlər Nazirliyinin “Qaynar xətt”i gələn ildən “102” zəng mərkəzinə yönləndiriləcək
# 26 dekabr 2008 12:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Daxili İşlər Nazirliyinin “Qaynar xətt”i 2009-cu ildən “102” xidməti-zəng mərkəzinə yönləndiriləcək. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, paytaxtda baş verən hər hansı kriminal hadisə barədə məlumatın operativ əldə olunması və polisin hadisə yerinə tez çatması daim daxili işlər orqanlarının diqqət mərkəzində olub. Vətəndaşlar şahidi olduqları kriminal hadisə barədə istər şəhər, istərsə də bütün mobil operatorlardan heç bir məhdudiyyət olmadan “102” nömrənsini yığaraq öz məlumatlarını verə bilirlər. “102” xidməti-zəng mərkəzinin müasir standartlara uyğun mükəmməl avadanlıqlarla və geniş imkanlara malik olması, habelə 24 saat fasiləsiz fəaliyyət göstərməsini nəzərə alaraq, Daxili İşlər Nazirliyinin “Qaynar xətt”i 2009-cu ilin yanvar ayından etibarən “102” xidməti-zəng mərkəzinə yönləndiriləcək. Bununlada polis əməkdaşları barədə şikayətlər də birbaşa “102” xidməti-zəng mərkəzində qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR