Bank Of Baku

Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Əli İnsanovun müayinəsi başlayıb

Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində Əli İnsanovun müayinəsi başlayıb
# 26 dekabr 2008 13:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində keçmiş səhiyyə naziri Əli İnsanovun müayinəsi başlayıb. Ədliyyə Nazirliyi Tibb İdarəsinin rəis müavini Murad Süleymanov APA-ya bildirib ki, müayinə başa çatmadığından Ə. İnsanovun səhhəti haqqında hansısa fikir söyləmək olmaz: “Müayinə prosesi bir günə yekunlaşa bilməz. Proses bir neçə gün çəkə bilər. Diaqnoz rəsmi şəkildə bəlli olduqdan sonra müalicə mərhələsi başlayacaq”. Keçmiş nazirin müalicə müəssisəsində nə qədər qalacağını söyləməkdə çətinlik çəkən idarə rəisinin müavini bunun müalicənin gedişindən asılı olacağını vurğulayıb: “Müayinə prosesi Əli İnsanovun təqdimatını verdiyi həkimlər tərəfindən aparılır”.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi sabiq səhiyyə naziri Ə. İnsanovun şikayəti əsasında onun müalicəsinin təmin olunması və Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi barədə qərar qəbul edib. Məhkəmənin qərarı dekabrın 12-də Azərbaycan hökuməti tərəfindən icra olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR