Bank Of Baku

Türkiyədə yaşayan çeçen komandir Rusiyaya deportasiya edilərkən aeroportda pasportunu cırıb

Türkiyədə yaşayan çeçen komandir Rusiyaya deportasiya edilərkən aeroportda pasportunu cırıb
# 26 dekabr 2008 14:45 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, son vaxtlar İstanbulda yaşayan çeçen komandirlərə qarşı törədilən sui-qəsdlərdən sonra Türkiyə Daxili İşlər Nazirliyi İ. Əbdüləzimovun deportasiyası barədə qərar qəbul edib və o, noyabrın 19-da həbs edilib. İ. Əbdüləzimov bu gün mülki geyimli 2 polis əməkdaşı tərəfindən Rusiyaya göndərilmək üçün İstanbulun Atatürk hava limanına aparılıb. Ancaq qışqıraraq Rusiyaya getmək istəmədiyini bildirən keçmiş komandir pasportunu cırıb. Polislər onun əllərini qandallayaraq əvvəlcə aeroport polisinin təcridxanasına aparıblar, sonra isə İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) əcnəbilərlə iş şöbəsinin təcridxanasına qaytarıblar. İ. Əbdüləzimovun həyat yoldaşı və uşaqları – 17 yaşlı Mirana, 11 yaşlı Nura, 10 yaşlı İslam və 3 yaşlı Məryəm türkiyəli hüquq müdafiəçisi Nuray Canan Bəzirganla birlikdə hava limanına gediblər. Mirana Əbdüləzimova atasının Rusiyaya təslim edilməməsini və sərbəst buraxılmasını xahiş edib. Hüquq müdafiəçisi N. C. Bəzirgan isə İ. Əbdüləzimovun xəstə olduğunu, heç bir səbəb göstərilmədən həbs edildiyini, Rusiyaya təhvil verilərsə, öləcəyini bildirib.

Qeyd edək ki, 50 yaşlı İ. Əbdüləzimov Çeçenistan müharibəsində yaralandıqdan sonra Azərbaycana gəlib. Bir neçə il Azərbaycanda yaşayan keçmiş komandir 2002-ci ildə müalicə məqsədilə Türkiyəyə gedib və 10 gün orada qaldıqdan sonra yenidən Azərbaycana dönüb. O, 2008-ci ilin mart ayında Türkiyədə yaşamaq üçün icazə alıb və may ayında ailəsini İstanbula aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR