Bank Of Baku

Elçin Behbudov Bakıda beşmərtəbəli binada baş verən partlayışla bağlı saxlanılan şəxslə görüşüb

Elçin Behbudov Bakıda beşmərtəbəli binada baş verən partlayışla bağlı saxlanılan şəxslə görüşüb
# 26 dekabr 2008 14:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, təcridxanada dekabrın 13-də Bakının Nizami rayonu, C. Naxçıvanski küçəsi 34 ünvanında yerləşən beşmərtəbəli binada baş verən partlayışla bağlı saxlanılan Elman Niftəliyevlə görüşüb. E. Behbudov deyib ki, təqsirləndirilən E. Niftəliyev hadisə ilə əlaqədar Nizami rayon Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində ona işgəncə verildiyini, təhqir olunduğunu bildirilib. Komitə sədrinin sözlərinə görə, təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini və partlayışda günahkar olmadığını da deyib.
E. Behbudov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində baş verən işgəncə faktları ilə bağlı daxili işlər nazirinə ünvanlandığı məktuba cavab almadığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR