Bank Of Baku

Hüseyn Dərya açıq vərəm diaqnozu ilə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilib

Hüseyn Dərya açıq vərəm diaqnozu ilə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə yerləşdirilib
# 26 dekabr 2008 15:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Rep ifaçısı Hüseyn Dərya Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib. O, H. Dəryanın dekabrın 11-də saxlanıldığı Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasından Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüldüyünü bildirib: “Yaxın günlərdə səhhəti və müalicəsi ilə tanış olmaq Hüseyn Dərya ilə görüşəcəyəm”. E. Behbudov H. Dəryanın açıq vərəm diaqnozu ilə müalicə müəssisəsinə yerləşdirildiyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR