Bank Of Baku

Sumqayıtda toy mərasimində ölüm hadisəsi baş verib

Sumqayıtda toy mərasimində ölüm hadisəsi baş verib
# 26 dekabr 2008 15:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Sumqayıtda toy mərasimində ölüm hadisəsi baş verib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıtda yaşayan qohumlarının toy mərasiminə qatılan Bakı şəhər sakini məclis zamanı qəflətən vəfat edib. Hadisə Sumqayıt şəhərində fəaliyyət göstərən “Mətanət” şadlıq sarayında baş verib. Yaxın qohumun toyuna qonaq gələn, Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Fərrux Qiyas oğlu İsrafilovun səhhəti qəflətən pisləşib və o, elə oradaca keçinib. Hadisəni araşdıran istintaq qrupu F. İsrafilovun ürək tutmasından öldüyü qənaətinə gəlib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR