Bank Of Baku

“Tolişi sədo” qəzetinin baş redaktorunun apellyasiya şikayəti təmin olunmayıb

“Tolişi sədo” qəzetinin baş redaktorunun apellyasiya şikayəti təmin olunmayıb
# 26 dekabr 2008 15:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilən “Tolişi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun şikayətinə baxılıb. N. Məmmədovun vəkili Ramiz Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə N. Məmmədov barəsində birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayaraq, onun bəraət haqda iddiasını təmin etməyib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunan Novruzəli Məmmədov Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR