Bank Of Baku

Prokuror əsgər yoldaşını qətlə yetirən şəxsə 9 il həbs cəzası istəyib

Prokuror əsgər yoldaşını qətlə yetirən şəxsə 9 il həbs cəzası istəyib
# 26 dekabr 2008 15:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Bayıl qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Zamin Didarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib və ekspertizanın rəyi açıqlanıb. Prokuror Oruc Cəlilov təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 29-da davam etdiriləcək.
Qeyd edək ki, 2008-ci ilin sentyabrında Müdafiə Nazirliyinin Bayıl qəsəbəsindəki Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində Salyan rayon Hərbi Komissarlığından xidmətə çağırılan Zamin Didarov aralarında yaranan münaqişə zəminində əsgər Ağakərim Əliqulu oğlu Kərimov bıçaqlayıb. Neftçala rayon Hərbi Komissarlığından xidmətə çağırılan A. Kərimov aldığı xəsarətdən dünyasını dəyişib. Törətdiyi cinayətə görə isə Z. Didarov barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR