Bank Of Baku

Qaz sobasında ayaqları yanan Sumqayıt sakini dünyasını dəyişib

Qaz sobasında ayaqları yanan Sumqayıt sakini dünyasını dəyişib
# 26 dekabr 2008 15:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Mənzilindəki qaz sobasında ayaqları yanan 53 yaşlı Sumqayıt sakini ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Tağıyev qəsəbəsində baş verib. Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Nuracəddin Qələmşah oğlu Nəsirov evində yerləşdirilmiş qaz sobası ilə ehtiyatsız davranaraq ayaqlarından ağır yanıq xəsarəti alıb. Ağır vəziyyətdə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR