Bank Of Baku

Lənkəranda bıçaqlanma hadisəsi baş verib

Lənkəranda bıçaqlanma hadisəsi baş verib
# 27 dekabr 2008 07:46 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə şəhərin Ə. Vahid küçəsində yerləşən qarışıq mallar ticarət mağazasının həyətindəki fəhlə yeməkxanasında baş verib. Rayonun Mamusta kənd sakini, 1971-ci il təvəllüdlü İlkin Sahib oğlu Fərəcov sərxoş vəziyyətdə yeməkxananın işçisi, Şilavar kənd sakini, 1957-ci il təvəllüdlü Akif Təqdir oğlu Nəsirovu bıçaqlayıb.

A.Nəsirov müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən onun vəziyyətinin kafi olduğu bildirilib.

Faktla bağlı Lənkəran şəhər polis şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR