Bank Of Baku

Azərbaycan rayonlarının birində baş verən yol qəzasında bir ailənin iki gəlini ölüb

Azərbaycan rayonlarının birində baş verən yol qəzasında bir ailənin iki gəlini ölüb
# 27 dekabr 2008 09:32 (UTC +04:00)
Hadisənin baş verdiyi Hacıqabul rayonunun Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumatda bildirilir ki, bu gecə saat 1.30 radələrində Bakı-Qazax yolunun 137-ci kilometrliyində Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində Kəlbəcər rayon sakini Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşan 1967-ci il təvəllüdlü Nərimanov Elnur Köçəri oğlunun idarə etdiyi “VAZ 2107” markalı 32-BB-755 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər 1971-ci il təvəllüdlü Cəfərova Reyhan Əli qızı və 1969-cu il təvəllüdlü Cəfərova Rəfiqə Məmməd qızı hadisə yerində ölüblər. Qeyd edək ki, onlar bir ailənin gəlinləridir.

Digər sərnişinlər 1967-ci il təvəllüdlü Qafarova Şəfaqət Məhəmməd qızı, 1967-ci il təvəllüdlü Cəfərov Köçəri Oruc oğlu və sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, avtomobildə olanlar Gəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşan Kəlbəcər rayon sakinləridir.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR