Bank Of Baku

Tərtərdə səngərdə mina tapılıb

Tərtərdə səngərdə mina tapılıb
# 27 dekabr 2008 11:24 (UTC +04:00)
Qarabağ. Teymur Zahidoğlu – APA. Ötən gün Azərbaycan Ordusunun bir əsgərinin şəhid olduğu, digərinin isə yaralandığı Tərtərin Qapanlı kəndi istiqamətindəki səngərdə piyada əleyhinə mina aşkarlanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, partlayıcı qurğunun səngərdə ermənilər tərəfindən yerləşdirildiyi ehtimal olunur. Aşkar olunan mina mühəndis-istehkam bölməsinin mütəxəssisləri tərəfindən zərərsizləşdirilib.
Qeyd edək ki, dekabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin 4 hərbçisi cəbhənin Qapanlı kəndi istiqamətində Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçərək əsgərlərə atəş açıblar. Nəticədə, Zaqatala rayon Hərbi Komissarlığından xidmətə çağırılmış, 1989-cu il təvəllüdlü Xaşayev Üzeyir Elşad oğlu həlak olub. Daha bir əsgər, həmin rayondan xidmətə çağırılan Şeyibov İslam Şeyib oğlu isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR