Bank Of Baku

Azərbaycan DİN: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin açıqladığı illik hesabatda hüquq-mühafizə orqanlarında işgəncə hallarına dair məlumatlar əsassızdır”

Azərbaycan DİN: “İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin açıqladığı illik hesabatda hüquq-mühafizə orqanlarında işgəncə hallarına dair məlumatlar əsassızdır”
# 27 dekabr 2008 11:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin açıqladığı illik hesabatda hüquq-mühafizə orqanlarında işgəncə hallarına dair məlumatlar əsassızdır”. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya açıqlamasında deyib ki, DİN bu komitənin sədri Elçin Behbudovun açıqlamasından narazı qalıb: “Elçin Behbudovun açıqladığı illik hesabatda bildirilib ki, 2008-ci il ərzində hüquq-mühafizə orqanları sistemində işgəncə nəticəsində 3 nəfər ölüb, 80-dən artıq vətəndaş isə müxtəlif dərəcəli xəsarət alıb”.

E. Zahidov bu hesabatın kimlərinsə uydurması olması qənaətindədir: “Belə hallar baş versəydi? həm ictimaiyyətin xəbəri olardı, həm də Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılardı. Əksinə, 2008-ci il ərzində müvəqqəti saxlama məntəqələrində və ölkənin cəzaçəkmə müəssisələrində beynəlxalq təşkilatların apardığı monitorinqlər zamanı buradakı vəziyyət qənaətbəxş hesab olunub. Daxili İşlər Nazirliyi fakta söykənməyən belə hesabatlara görə, öz təəssüfünü bildirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR