Bank Of Baku

Gəncədə qardaş və bacı qətlə yetirdikləri adamın cəsədini kanala atıblar

Gəncədə qardaş və bacı qətlə yetirdikləri adamın cəsədini kanala atıblar
# 27 dekabr 2008 11:58 (UTC +04:00)
Bakı-APA. Gəncədə bir ailənin iki üzvü həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu il noyabrın 18-də Gəncə şəhərindəki Xan Arxı kanalında Qənirə Cavadovanın meyitinin tapılıb. Faktla bağlı polisin başladığı əməliyyat tədbirləri nəticəsində Q. Cavadovanın oktyabrın 21-də Gəncə şəhər sakinləri Adil Əliyev və onun bacısı Gülgəz tərəfindən qarət məqsədi ilə boğularaq, cəsədinin kanala atıldığı müəyyənləşdirilib.

Hadisə ilə bağlı Adil və Gülgəz Əliyevalar tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR