Bank Of Baku

Azərbaycan paytaxtında baş verən yanğında bir nəfər ölüb

Azərbaycan paytaxtında baş verən yanğında bir nəfər ölüb
# 29 dekabr 2008 07:03 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında yaşayış evində baş vermiş yanğın bir nəfərin ölümü ilə nəticələnib. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun “Baksol” yaşayış massivində, 1953-cü il təvəllüdlü Ziyafət Bəhram qızı Əliyevaya məxsus 4 saylı həyət evində baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib. Yanğının qarşısı tam alındıqdan sonra mənzilə baxış keçirilib və oradan ev sahibəsinin yanmış cəsədi aşkar edilib.

İlkin ehtimala görə, yanğına evdə olan elektrik plitəsində yaranmış nasazlıq və bunun nəticəsində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR