Bank Of Baku

Lerik sakininin boğub öldürdüyü canavarda quduzluq aşkar edilib

Lerik sakininin boğub öldürdüyü canavarda quduzluq aşkar edilib
# 29 dekabr 2008 07:54 (UTC +04:00)
Neftçala. Əlibəy Zeynallı-APA. Dekabrın 22-də Neftçala rayonunun Xəzər kəndində Lerik sakini tərəfindən qoyunlara hücum edən zaman öldürülən canavarda quduzluq aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-nın Mil-Muğan bürosuna bildirib ki, Dövlət Baytarlıq Xidmətinin laboratoriyasında canavardan götürülən nümunə onda quduzluq xəstəliyinin olduğunu göstərib.
Məlumata görə, canavarı öldürərkən xəsarət alan şəxsin quduzluğa yoluxmaması üçün tədbirlər görülüb.
Qeyd edək ki, Lerik rayonunun Çayurd kənd sakini, 1984-ci il təvəllüdlü Ramiq Nəsirov canavarla əlbəyaxa olarkən qollarından xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR