Bank Of Baku

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 29 dekabr 2008 07:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Ötən gecə Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saat 01.30 radələrində Ziya Bünyadov prospektində, Ayna Sultanova heykəlinin qarşısında yeni tikilmiş körpünün üstündə baş verib. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Əhmədov Rüfət Etibar oğlunun idarə etdiyi “Mitsubishi-Cip” markalı, 90 DH 575 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, 1971-ci il təvəllüdlü Hüseynov Müşviq Fərman oğlunun idarə etdiyi “KaMaz-5311” markalı, 18- AZ 667 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mirsubishi”nin sürücüsü R. Əhmədov hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyitini avtomobildən hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR