Bank Of Baku

Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən qadın həbs edilib

Bakıda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən qadın həbs edilib
# 29 dekabr 2008 08:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında qanunsuz olaraq əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinən qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Nərminə Mahmud qızı Abbasova öz evində əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirli bilinir. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, həbs olunub. N. Abbasova barəsində Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvuları saxlama) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR