Bank Of Baku

Bakıda dələduzluqda təqsirləndirilən iş adamı tutulub

Bakıda dələduzluqda təqsirləndirilən iş adamı tutulub
# 29 dekabr 2008 08:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında iş adamı həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1950-ci il təvəllüdlü Vahid Əsgərxan oğlu Zərgərov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Onun Xətai rayonu ərazisində tikinti sənaye materiallarının satışı ilə məşğul olduğu və bundan istifadə edərək vətəndaşların mal gətirmək adı ilə aldadaraq külli miqdarda pulunu mənimsədiyi bildirilir. Xətai rayon Məhkəməsinin onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından sonra rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində V. Zərgərov tutularaq istintaqa təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR