Bank Of Baku

Rusiyada azərbaycanlı iş adamının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Rusiyada azərbaycanlı iş adamının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib
# 29 dekabr 2008 08:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bu ilin yanvarında Rusiyanın Vladivostok şəhərində öldürülmüş azərbaycanlı iş adamı Ramiz Verdiyevin qətli ilə bağlı cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, işə Primorsk diyarı məhkəməsində baxılacaq.

Xatırladaq ki, yanvarın 11-də Vladivostokun “Tural” kafesinin yanında naməlum şəxslər R. Verdiyevin “Land Krauser” markalı avtomobilini atəşə tutublar. Nəticədə iş adamı hadisə yerində ölüb, maşındakı iki nəfər isə ağır yaralanıb. Cinayəti törədən 3 azərbaycanlı – Anar Hacıyev, Elmar Həsənov və Əziz Hacıyev fevral ayında yaxalanıblar. Onların cinayəti qisasçılıq zəminində törətdiyi müəyyənləşib. Qətlin təşkilatçısı isə Rusiyadan qaçsa da, mart ayında Azərbaycanda həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR